Məşhur aktyor döyüldü

Məşhur aktyor döyüldü
6 iyul 2023
# 18:35

Rusiyalı aktyor Pavel Barşak Moskvada döyülüb.

Kulis.az xəbər verir ki, bu barədə "mk.ru" məlumat yayıb.

Nəşrin məlumatına görə, insident iyulun 6-na keçən gecə Moskvanın Naqornaya küçəsində baş verib. Naməlum şəxs aktyora hücum edib. Kəllə-beyin travması alan sənətçi xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ açıqlanmayıb.

Barşak aktyorluq karyerasına 2001-ci ildə başlayıb. 2002-ci ildə sənətçi kinoda debüt edib. Ona ən böyük şöhrəti Aleksey Uçitelin "Gəzinti" filmindəki Leşa rolu qazandırıb.

Barşakın filmoqrafiyasında 100-ə yaxın film var.

# 587 dəfə oxunub

Müəllifin son yazıları

# # #