Ayla Əliqızı: “Əbədi qonağım”-Ən qısa hekayə

Ayla Əliqızı: “Əbədi qonağım”-Ən qısa hekayə
20 dekabr 2013
# 22:00

Kulis.az Ayla Əliqızının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Əbədi qonağım” (485 işarə) hekayəsini təqdim edir.

O gün çox ağlamışdım, saatlarla, dayanmadan... Gecə yuxuma gəldin, qucaqlayıb, bağrına basdın, su içində idin, saçlarından daman suyun soyuğuna diksindim, xəcalətlə üzünə baxdım, “fikir vermə, yağışdandır” – dedin.

Dünən yenə mənimləydin, bilirdin yenə incikdim, küskündüm, gülümsəyib “hər şeyi boş ver, sən sabahkı mühazirəni düşün” – dedin.

Hər ehtiyacım olduğunda yanımdasan, bağışla ata, amma mən nə deyəcəyimi bilmirəm. Məni tək qoymadığın üçün sənə təşəkkürmü edim, ya qovuşduğun əbədi məkanında rahat uyumağa imkan vermədiyim üçün səndən üzrmü istəyim?!

# 2120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #