Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı
6 oktyabr 2026
# 18:00

Hollivud ulduzu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müvəqqəti xüsusi elçisi Ancelina Coli Qəzzadakı kütləvi dağıntıları diqqətə çatdırmaq üçün sosial şəbəkədə "Google Earth" peyk təsvirlərini paylaşıb.

Kulis.az xəbər verir ki, fotolarda Rəfah, Xan Yunis və Qəzza şəhərinin müharibədən əvvəlki və sonrakı vəziyyəti müqayisə olunur.

Aktrisa BMT-nin məlumatlarına istinad edərək bildirib ki, 2026-cı ilin iyun ayına olan göstəricilərə görə Qəzzadakı tikililərin 82 faizi zərər görüb və onların üçdə ikisi tamamilə dağıdılıb.

Qeyd edək ki, təxirəsalınmaz sığınacaq, tibbi ləvazimat və humanitar yardım çağırışı edən Coli peyk görüntülərinin fiziki dağıntını əks etdirsə də, dağıntılar altında qalan insan faciəsinin tam miqyasını göstərməyə yetmədiyini vurğulayıb.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər