Evlənməkdən qorxan Balzak, penisi ilə oynayan Freyd

Evlənməkdən qorxan Balzak, penisi ilə oynayan Freyd
14 iyul 2014
# 11:35

Kulis.Az məşhurların qeyri-adi qorxularını təqdim edir.

Serb əsilli fizik Nikola Tesla mikroblardan qorxurdu. O, tez-tez əllərini yuyur, oteldə qalanda tələb edirdi ki, hamamda ən azı 18 dəsmal asılsın.

Restoranda nahar edəndə, əvvəlcə yeməyi qoxlayır, ora-burasını qurdalayırdı. Sonra salfetlə qaşığı, bıçağı, çəngəli parıldayanadək silirdi. Əgər masaya milçək qonurdusa, dərhal qaçıb əllərini yuyurdu, ofisiantdan xahiş edirdi ki, yeməyi təzələsin.

Salvador Dali milçəkləri sevsə də, cırcıramadan qorxurdu. Cırcırama onun üstünə qonanda dəhşətdən huşunu itirirdi.

Onore de Balzak isə evlənməkdən qorxurdu. Uzun illər qrafinya Evelina Hansa vurulan yazıçı nikahdan qaçmağa çalışırdı. Onların eşq macərası qrafinya dul qalana kimi davam elədi. Balzak çıxılmaz vəziyyətdə qalmışdı, nikahdan imtina etmək qadını və özünü rüsvay eləmək idi. Amma yazıçı evlənməyə 8 il sonra razılıq verdi. Toy günü yaxınlaşdıqca o, qorxuya düşürdü. Nəticədə Balzak qorxudan xəstələndi və qrafinyaya yazdı ki, biz evlənsək tezliklə məni məzarlığa yola salacaqsan. Amma qrafinya israrlı idi. Toy baş tutdu. Balzakı nikah masasına kresloda gətirdilər. Çünki o, özü yeriyə bilmirdi. Toydan 5 ay sonra Balzak vəfat etdi.

Ziqmund Freyd balaca olanda öz kişiliyini itirməkdən qorxurdu. Çox güman ki, bu qorxu psixoanalizin yaranmasında təməl daşı oldu. Bioqraflarının fikrincə, Freydin qorxusunun səbəbi atası ilə bağlı idi.

Balaca Ziqmund normal oğlan uşaqları kimi öz penisi ilə maraqlanır və onunla oynamağı sevirdi. Atası Ziqmundun masturbasiya etdiyini biləndə onu bu vərdişdən çəkindirməyi qərara aldı. Və onun cinsiyyət orqanını kəsməklə hədələdi. Bu isə Freydin psixikasında dərin travma buraxdı.

Vladimir Mayakovskinin atası gözlənilmədən ölüb. Onun əlinə sancaq batıb, qanının mikrobla yoluxması nəticəsində ölüb. Bu ölüm şairin psixikasında dərin iz qoyub. Bundan sonra hər kiçik yaraya, kəsiyə, sağlamlığına ifrat diqqət göstərməyə başlayıb. O, həmişə özüylə yod, sabun, bir neçə əl yaylığı götürdü.

Ömrü boyu burnundakı problemdən dolayı normal nəfəs ala bilməyən, baş ağırlarından əziyyət çəkən şair xəstələnsə də, qorxudan həkimə getmirdi.

İspan şairi Federiko Qarsiya Lorka ölümdən qorxurdu. Bu qorxunu azaltmaq üçün o, tez-tez ölümdən danışırdı. Gecələr yata bilmədiyindən dostları gəlib onu yatızdırırdı. Amma yataqda da ölüm haqda poetik söhbətlər edirdi. Bəzən isə yataqda öz ölümünü təsvir edirdi, sanki onu tabuta qoyublar, mərasim başlanıb, budur, tabutun qapağını örtürlər.

Lorka sanki bu qeyri-adi farsın köməyi ilə qorxusuna qarşı mübarizə aparırdı. O deyirdi: “Ölüm.... Hər şey onu xatırladır. Səssizlik, rahatlıq, dinclik onun əlamətləridir. O, hökmranlıq edir. Hər şey ona tabedir...”

Dali deyirdi: “Biz qayıqla dənizdə olanda onun başı gicəllənirdi. Ona elə gəlirdi ki, qayıq çevriləcək və biz boğulacağıq. Hamı çiməndə o, sahildə qalırdı”.

Aktyor Conni Depp klounlardan qorxur. O, özünü klounların rəsmləri ilə əhatə edir ki, bəlkə bu qorxunu dəf eləyə bilsin.

Uliyam Şekspir nə zamansa cənazəsinin qəbirdən çıxarılacağından qorxurdu. Ona görə də belə bir şeir yazmışdı ki, sümüklərimi oğurlayan lənətə gəlsin. Onun yaradıcılığını araşdıranların da fikrincə, Şekspirin ekshümasiya fobiyası varmış. Onun “Hamlet”, “Romero və Cülyetta” və bir çox əsərlərində bu qorxunu əks etdirən parçalar var.

# 6099 dəfə oxunub

Müəllifin son yazıları

# # #