Məşhur aktrisa ölmüş oğlundan uşaq dünyaya gətirdi

Məşhur aktrisa ölmüş oğlundan uşaq dünyaya gətirdi
8 aprel 2023
# 12:23

İspaniyanın məşhur aktrisa və aparıcısı Ana Obreqonun son addımı səs-küyə səbəb olub.

Kulis.az xarici medialara istinadən xəbər verir ki, 68 yaşlı ulduz sosial media hesabından ölən oğlunun spermasından övladı olduğunu açıqlayıb.

Surroqat analığı qadağan edən İspaniya hökuməti isə ABŞ-də doğum etdiyini deyən Obreqona sərt reaksiya verib.

Digər tərəfdən aktrisa “İnstaqram”da körpəsi ilə qucağında çəkdirdiyi şəkli paylaşıb. “Mən bir daha heç vaxt tək olmayacağam. Yenidən həyata qayıtdım”, - o yazıb.



Qeyd edək ki, Ana Obreqon 2020-ci ilin may ayında yeganə övladını xərçəng xəstəliyindən itirib.

# 2711 dəfə oxunub

Müəllifin son yazıları

# # #