Məşhur aktrisa Keyli Hottl yol qəzasında vəfat edib.
Kulis.az xəbər verir ki, bu haqda onun atası sosial media hesabından məlumatı yayıb.
Aktrisanın xəstəxanaya aparılarkən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, "Godzilla vs. Kong" və "Godzilla x Kong: The New Empire" filmləri ilə tanınan 19 yaşlı aktrisa eşitmə məhdudiyyətindən əziyyət çəkirdi.