Türkiyəli aktrisa Hazal Kaya Azərbaycana gələcək.
APA-nın məlumatına görə, kino ulduzu yanvarın 21-də keçiriləcək “Benden Ne Olur?” filminin qala gecəsində iştirak edəcək.
Filmdə Kaya ilə yanaşı Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da çəkilib.
- Tanınmış rejissor vəfat etdi
- Məşhur cazmen vəfat etdi
- Könül Kərimova gileyləndi: "Nəfəsimiz kəsildi”
Qeyd edək ki, Hazal Kaya “Adını Feriha Koydum” və “Bizim Hikaye” seriallarında çəkildiyi rollara görə Türkiyənin ən məşhur aktrisalarının birinə çevrilib.
2016-cı ildə “Worlds Most Beautifuls” internet saytı onu dünyanın ən gözəl qadınları arasında beşinci yerə layiq görüb.