Uşaq və gənclər ədəbiyyatı sahəsində dünyanın ən mühüm mükafatlarından biri olan “Astrid Lindqren” Xatirə Mükafatının (ALMA) 2023-cü il üçün yeni namizədini açıqlayacaq.
Kulis.az xəbər verir ki, 2023-cü il mükafatı üçün 64 ölkədən 251 namizəd irəli sürülüb. Yeni laureatın adı martın 7-də Stokholmdan canlı proqramda və Bolonya Uşaq Kitab Sərgisində elan ediləcək.
"Astrid Lindqren"in adını daşıyan bu mükafata hər il keyfiyyətli uşaq və gənclər ədəbiyyatı nümunələri yaradan yazıçı və illüstratorlar, mütaliə mədəniyyətinə mühüm töhfələr vermiş şəxslər, müəssisə və təşkilatlar namizəd olaraq təklif olunurlar.
Qeyd edək ki, "Astrid Lindqren"in ölümündən sonra İsveç hökuməti uşaq və gənclər ədəbiyyatının bütün dünyada təbliği üçün ALMA mükafatını yaradıb.