Məmməd Orucun "Köçürülmə"si - Təqdimat

Məmməd Orucun "Köçürülmə"si - Təqdimat
28 aprel 2025
# 12:18

Yazıçı Məmməd Orucun "Köçürülmə" romanının təqdimatı və imza saatı baş tutacaq.

Kulis.az xəbər verir ki, təqdimat 3 may saat 14:00-da LİBRAFF-ın Park Akademiya filialında keçiriləcək.

Qeyd edək ki, "Köçürülmə” romanında hadisələr İkinci Dünya müharibəsindən sonra Vedibasar əhalisinin vaqonlara doldurularaq, əzab-əziyyətlə Azərbaycanın İranla sərhəd ərazilərinə mühacirəti təsvir olunur. Romanda o qədər acınacaqlı, təsirli səhnələr var ki, oxucunun qəlbində fırtınalar qoparır. Bu köçün balaca iştirakçılarından olan müəllif özü bütün bu hadisələri gözləri ilə görmüş, canlı şahidi olmuşdur.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

# # #