Məktəb rəhbərliyi şagirdləri niyə pirə aparıb? -Açıqlama

Məktəb rəhbərliyi şagirdləri niyə pirə aparıb? -Açıqlama
19 oktyabr 2023
# 12:03

Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdləri rayondakı pirlərdən birinə aparılıb və "dilək ağacı" ətrafında onların fotosu çəkilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə məktəbin "Facebook" səhifəsində foto paylaşılıb və ictimai qınaqlardan sonra foto silinib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib.

İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.

"Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb" - deyə cavabda qeyd olunub.

# 1331 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #