#

Mehriban Əliyevadan Cavanşir Quliyevla bağlı tapşırıq

Mehriban Əliyevadan Cavanşir Quliyevla bağlı tapşırıq
6 fevral 2024
# 17:05

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

Kulis.az xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib.

74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib.

Onun beyninə qan sızdığı bildirilir.

APA

# 689 dəfə oxunub

Müəllifin son yazıları

# # #