“Mehmandarovlar” filminin çəkilişləri başa çatdı

“Mehmandarovlar” filminin çəkilişləri başa çatdı
18 avqust 2022
# 18:21

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında növbəti filmin çəkilişləri yekunlaşıb.

Kulis.az xəbər verir ki, Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri isə Y.Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyevdir.

7 hissədən ibarət olan filmin əsas qəhrəmanı, nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur. Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.

Filmin çəkilişləri kinostudiyanın pavilyonunda və Şuşa şəhərində aparılıb. Mehmandarovlar nəslinin davamçıları çəkiliş prosesi zamanı Şuşada Mehmandarovlar malikanəsini ziyarət ediblər.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film ilin sonuna qədər geniş tamaşaçı auditoriyasına nümayiş olunacaq.

# 1086 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #