"İTV-yə çağırdılar, getmədim"

"İTV-yə çağırdılar, getmədim"
8 fevral 2013
# 13:10

“Mən Əkrəm Əylisli ilə bağlı debata çağırılmışam. Amma getməmişəm” Bunu Modern.az-a açıqlamasında yazıçı Şərif Ağayav bildirib. Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı dəfələrlə mətbuata açıqlama verdiyini bildirən Ş.Ağayar İctimai kanalda baş tutan debatda haqsızlığın olduğunu deyib:

“Məni dəvət elədilər, getmədim. Bu haqda mən onlara da dedim ki, mən vəkil deyiləm. Yetərincə bu mövzu ilə bağlı fikrimi bildirmişəm. Məncə buna ehtiyac yox idi. Həmin debatda aparıcı qarşı tərəfdə əyləşən insanlar daha çox söz verirdi. Mənə elə gəlir ki, Əkrəm Əylisli də debata heç getməməliydi. Aparıcı Anar Yusifoğlu da müzakirələrdə tərəfsiz qala bilmirdi”, – deyə yazar bildirib.

Əkrəm Əylislinin “Daş Yuxular” əsərinin İTV-də müzakirəyə çıxarıldığı debatın aparıcısı Anar Yusifoğlu məsələyə münasibət bildirmək istəmədyini deyib.

# 3055 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #