Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı
4 noyabr 2026
# 17:30

Məşhur amerikalı rejissor Kventin Tarantinonun ssenarisi əsasında Devid Finçerin çəkəcəyi "The Further Mis-Adventures of Cliff Booth" filminin musiqiləri "Nine Inch Nails" qrupunun üzvləri Trent Reznor və Atticus Rossa həvalə olunub.

Kulis.az xəbər verir ki, "Oskar" mükafatlı sənətçilər "The Social Network" filmindən bəri Finçerin dalbadal altı layihəsində bəstəkar kimi yer alıb.

2019-cu ildə yayımlanan "Bir vaxtlar Hollivudda"nın davamı sayılan yeni ekran işi Bred Pitt və Leonardo DiKaprionun canlandırdığı personajların Hollivuddakı macəralarından bəhs edir.

Tarantino bu dəfə rejissor kreslosunu Finçerə həvalə edərək yalnız ssenari müəllifi kimi layihədə iştirak edir.

Qeyd edək ki, film 25 noyabr 2026-cı ildə IMAX kinoteatrlarında nümayiş olunacaq, 23 dekabr 2026-cı ildə isə "Netflix" platformasında yayımlanacaq.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər