Riçard Gir yeni filmə çəkilir

 Riçard Gir yeni filmə çəkilir
28 avqust 2020
# 15:58

Məşhur Hollivud aktyoru Riçard Gir yeni filmə çəkilir.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, məşhur aktyor rejissor Edvard Tsvikin ekranlaşdırdığı romantik komediya janrında filmdə baş rollardan birini canlandıracaq.

Filmdə onunla yanaşı Dayan Kiton, Bleyk Layvli, Lin-Manuel Miranda kimi məşhur aktyorlar da iştirak edəcək.

Filmin süjet xətti uzun illərdən bəri bir-birlərini sevən lakin, dərin böhran yaşayan ailə haqqındadır.

# 2815 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #