Maykl Cekson haqqında çəkilən “Michael” bioqrafik filmi sərt tənqidlərə baxmayaraq ailə üzvləri tərəfindən müdafiə olunur.
"Euronews"un xəbərinə görə, tənqidçilər filmi sənətçinin həyatındakı mübahisəli məqamları gizlətməkdə ittiham edir.
Buna baxmayaraq, Cekson ailəsinin bəzi üzvləri layihəni dəstəkləsə də, Paris Cekson kimi yaxınları ona qarşı çıxır.
Ailə filmin yalnız müğənninin həyatının erkən dövrünü əhatə etdiyini bildirərək tənqidlərə cavab verib.
Mübahisələrə rəğmən, ekran işinin kassada böyük uğur qazanacağı gözlənilir.