Marqaret Atvud senzura qaydalarına etiraz etdi

Marqaret Atvud senzura qaydalarına etiraz etdi
3 sentyabr 2025
# 16:40

Kanadalı yazıçı Marqaret Atvud Alberta məktəb kitabxanalarında tətbiq edilən yeni senzura qaydalarına satirik hekayə ilə etiraz edib.

Kulis.az xəbər verir ki, onun məşhur “Damazlıq qızın əhvalatı” əsəri də 200-dən çox qadağan edilmiş kitab siyahısına daxil edilib.

Atvud sosial şəbəkədə kitab qadağasını “kitab yandırma mərasimləri” ilə müqayisə edib.

Yeni qısa hekayəsində o, həm romanındakı distopik dünyaya, həm də qərarı dəstəkləyən əyalət baş naziri Daniele Smitə eyham vurub.

Qeyd edək ki, qadağalar nəticəsində Corc Oruellin “1984”, Aldous Hakslinin “Cəsur yeni dünya”, Maya Angelou və Alis Valkerin əsərləri də kitabxanalardan çıxarılıb.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər