Marneulidə Azərbaycan Milli Musiqi Günü

Marneulidə Azərbaycan Milli Musiqi Günü
17 sentyabr 2025
# 12:50

Gürcüstanın Marneuli rayonunda Azərbaycan mədəniyyətinə həsr olunmuş genişmiqyaslı tədbir keçiriləcək.

Kulis.az xəbər verir ki, sentyabrın 18-də saat 15:00-da Marneuli Mədəniyyət Evində baş tutacaq tədbir Azərbaycan Milli Musiqi Gününə həsr olunacaq.

Musiqili gecə "İnkişaf və Təhsil Mərkəzi", GASU – Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi və SARAL İnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Qeyd edək ki, proqram çərçivəsində milli rəqslər təqdim olunacaq, canlı musiqi ifaları səslənəcək, həmçinin milli musiqi alətlərinin sərgisi nümayiş etdiriləcək.

# 54 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər