Çingiz Abdullayevə AYB-də yeni vəzifə tapşırıldı - Eksklüziv

Çingiz Abdullayevə AYB-də yeni vəzifə tapşırıldı - Eksklüziv
17 iyun 2021
# 17:47

Xalq yazıçısı Çingiz Abdullayev AYB-nin I katibinin vəsifəsini icra edəcək.

Bu barədə Kulis.az-a AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib. O, qeyd edib ki, vəzifə təyinatı qurultay zamanı səsvermə ilə həyata keçirilir. Çingiz Abdullayev qurultaya qədər AYB-nin I katibinin səlahiyyətini icra edəcək.

Qeyd edək ki, Fikrət Qoca dünyasını dəyişəndən sonra AYB-nin I katibi vəzifəsi boşdur.

# 1910 dəfə oxunub

Müəllifin son yazıları

# # #