Malayziyada Şuşaya həsr olunmuş sərgi açıldı

Malayziyada Şuşaya həsr olunmuş sərgi açıldı
25 iyun 2024
# 13:30

Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində “Rənglərlə Qarabağa səyahət” adı altında rəsm sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının tərəfdaşlığı ilə həyata keçirilən “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində təşkil olunub.

Sərgidə Azərbaycan rəssamlarının Şuşa mövzusunda çəkdiyi 30-a yaxın rəsm əsəri nümayiş edilir.

Qeyd edək ki, layihə İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı həyata keçirilir.

# 422 dəfə oxunub

Müəllifin son yazıları

# # #