Qadın sənətçi həmcinsini zorladı

Qadın sənətçi həmcinsini zorladı
16 aprel 2018
# 16:31

İngilis sənətçisi Tracey Emin bu günlərdə verdiyi müsahibədə çox məşhur bir qadın sənətçinin təcavüzünə məruz qaldığını söyləyib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, ad çəkməyən T.Emin daha sonra əlavə edib:

“Ayaqlarımın arasından yapışaraq divara dirədi. O, mənə cinsi təcavüz edirdi və belə bir qadının kişidən nə fərqi olduğunu anlamıram. Bir kişi bu halda necə cəzalanırsa, qadın da o cür cəzalanmalıdır. Təcavüzün cinsiyyəti olmur”.

Sənətçi bu hərəkətdən narahat olduğunu dilə gətirib:

“Hay-küy saldım, onu yumruğumla hədələdim və elədiyi hərəkəti ətrafdakılara çatdırdım. Bundan sonra belə bir hərəkətə cürət etməyəcəyini düşünürəm. ”

# 1617 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #