Malayziyada sənətçilərə məhdudiyyət qoyuldu

Malayziyada sənətçilərə məhdudiyyət qoyuldu
15 mart 2023
# 17:40

Malayziyada əcnəbi kişi və qadın sənətçilərin geyinmlərinə bir sıra məhdudiyyətlər qoyulub.

Kulis.az xəbər verir ki, Malayziyanın yenilənmiş sənətçi qaydalarına görə, kişi sənətçilərə onları qadına bənzədən paltar geyinmək və səhnədə yalnız alt paltarında gəzmək olmaz.

Xarici qadın sənətçilərə isə sinəsi açıq paltarlar geyinmək qadağan edilib.

İndi xarici sənətçilər Malayziyaya gəlməzdən əvvəl ölkənin imicinə xələl gətirməmək üçün xüsusi yaradılmış komissiyadan keçməlidirlər.

Bundan əlavə, İslami bayramlar ərəfəsində və günlərində xarici sənətçilərin konsertləri və canlı ifaları qadağan edilib.

# 1256 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #