Nikol Kidmanın evi qarət edildi

Nikol Kidmanın evi qarət edildi
20 fevral 2025
# 12:10

Avstraliyalı aktrisa Nikol Kidmanın Los-Ancelesdə həyat yoldaşı Kit Urban və iki qızı ilə yaşadığı malikanəsinə oğru girib.

Kulis.az xəbər verir ki, son dövrlərdə "Babygirl" filmi ilə gündəmdə olan aktrisanın evinin soyulduğu bildirilib.

Oğurluq həftə sonu baş verib. Hələlik oğrunun evdən nə oğurladığı məlum deyil. Hadisə ilə bağlı istintaq başladılıb, amma hələlik heç kim saxlanılmayıb.

# 363 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #