Mahir Xəttab azadlığa buraxıldı

Mahir Xəttab azadlığa buraxıldı
9 sentyabr 2024
# 10:33

Həbsdə olan sayt rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb.

Kulis.az xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrumetmə cəzası başa çatıb.

O bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb./TNS

# 420 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #