Ədəbiyyatımızın ən gözəl “ETİRAF” ŞEİRİ

Ədəbiyyatımızın ən gözəl <span style="color:red;">“ETİRAF” ŞEİRİ
8 oktyabr 2017
# 13:32

Kulis.az Nüsrət Kəsəmənlinin həyat yoldaşına yazdığı “Etiraf” şeirini təqdim edir.

Fikirli gəlirəm,
Dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm,
yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kim

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.

Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl balalara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən,
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən.

Üzümdə kədərdən bir iz görəndə
Şirinim olmusan,
Acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan,
Bacım olmusan.
Bir kövrək şerimdən gözlərin dolub,
Düyünlü qaşını görməmişəm mən..

Bir əlin mətbəxdə qabda-qaşıqda,

Bir gözün istidə, tüstüdə olub,
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub

Yollar çarpaz-çarpaz,
Yollar qarışıq...
Gecə yol gəlirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən işıq -
Gözünün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Digər yazılar:

Nəriman Həsənzadə “Nə qəribədir”

Zəlimxan Yqub “Yavaş yeri”

Əlisəmid Kür “Kentavr”

Vaqif Bayatlı “Qardaşım ağaclar”

Salam Sarvan “Bağışla, otağim tör-toküntüdü”

Musa Yaqub “Taleyin qisməti”

Ramiz Rövşən “Ayrılıq”

Səməd Vurğun “Mən tələsmirəm...”

Vaqif Səmədoğlu “Əlin sınaydı sanitar”

Ələkbər Salahzadə “Bir də gördün”

Məmməd Rahim “Saldı qara gözlərin”

# 12194 dəfə oxunub

Müəllifin son yazıları

# # #