Londonda Bollivudun məşhur simaları Şahrux Xan və Kacol Devqanın heykəlləri ucaldılıb.
Kulis.az xəbər verir ki, bu təşəbbüs aktyorların baş rolunu paylaşdığı “Cəsur ürək gəlini aparar” filminin 30 illiyi münasibətilə həyata keçirilib.
Dünən filmdəki Rac və "Simran" obrazlarının bürüncdən hazırlanmış heykəllərinin açılışı olub və hər iki ulduz tədbirdə şəxsən iştirak edib.
Qeyd edək ki, sözügedən ekran işi Bollivudun ən kult filmlərindən biri sayılır.