Lənkəran Dövlət Dram Teatrında yeni monotamaşa nümayiş olunacaq

Lənkəran Dövlət Dram Teatrında yeni monotamaşa nümayiş olunacaq
8 may 2023
# 14:00

Lənkəran Dövlət Dram Teatrında yeni "Mən toz dənəsiyəm" adlı monotamaşa nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tamaşa yazıçı Təranə Vahidin eyniadlı hekayəsi əsasında səhnələşdiriləcək.

"Mən toz dənəsiyəm" hekayəsi insanın dəyişilmə, bir aləmdən başqa bir aləmə "köçürülmə" prosesini əks etdirir və həmin prosesin mahiyyətini psixoloji baxımdan açıqlayır.

Hekayənin ədəbi qəhrəmanı dünyanın işlərindən, pisliklərindən, hər tərəfi bürümüş "hörümçək torundan" xilas olmaq üçün toza çevrilmək istəyir və buna nail olur.

Səhnə əsəri Aynur Əhmədovanın ifasında təqdim olunacaq.

Tamaşanın müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur.

# 1273 dəfə oxunub

Müəllifin son yazıları

# # #