Lalə Seyidcahan: "Elza uşaqlarımızın psixologiyasını korlayıb"

Lalə Seyidcahan:  "Elza uşaqlarımızın psixologiyasını korlayıb"
18 aprel 2023
# 10:30

"Başına xoruz qoyur, ona nə gəldi geyindirir, hamını ona güldürürlər. Onun üçün hər şey etdik. O isə bütün nəslimizi dala salır".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan "Maqazin plus" verilişinə açıqlamasında deyib. Bacısını tənqid edən Seyidcahanın açıqlmasından onların 8 ildir küsülü olduğu üzə çıxıb.

"Biz bir-birimizə heç nə deməmişik. Amma yox kimiyik. Ondan çox şey gözləyirdik. Çünki onun irəli getməsi üçün çox şey etmişdik. Elza nəinki bacılarını, bizdən doğulan uşaqların da psixologiyasını xarab etdi. Onlar anlamırlar ki, nə olur. Mənə, nəslimizə açıqlama versin. Bərbad geyimlər geyinir. Qocalıb. İşlədiyim yerin qarşısından keçir, məni görüb, telefonla danışmağa başlayır. Hərəkəti də qocalıb"- deyə Lalə Seyidcahan vurğulayıb.

# 2957 dəfə oxunub

Müəllifin son yazıları

# # #