Filmimiz "Kinoşok"da birinci oldu

Filmimiz "Kinoşok"da birinci oldu
3 oktyabr 2021
# 11:10

Azərbaycanlı rejissorun "Biləsuvar" filmi Anapada keçiriən 30-cu "Kinoşok" festivalında qalib olub.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, ssenarisi və quruluşu Elvin Adıgözələ aid olan film ən yaxşı ssenari nominasiyasında fərqlənib və birinciliyə layiq görülüb.

Azərbaycan-Fransa istehsalı olan tammetrajlı bədii film Karakteres ( Fransa), Memuar Films (Azərbaycan) və Adari Films (Azərbaycan) prodakşnlarının məhsuludur.

Filmin prodüserləri İntiqam Hacılı, Etienne de Ricaud və İradə Bağirzadə, operatoru Oktay Namazovdur.

Əyalətdə baş verən hadisələrdən bəhs edən filmdə Kamran Ağabalayev, Günel Zülfüqarlı, İlqar Dadaş, Tofiq Aslanov, Laçın Aslanova, Niyaməddin Amanov, Günel Mirzəli, Cahangir Məlik, Məmməd Hacıyev, Ruslan İsmayılov, Teymur Quliyev və başqaları çəkiliblər.

Kiollektivi təbrik edirik!

No description available.
Elvin Adıgözəl

# 3109 dəfə oxunub

Müəllifin son yazıları

# # #