Laçında MDB-nin mədəniyyət paytaxtı elan olunması çərçivəsində tədbirlər davam edir.
APA-nın Laçına ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbir proqramına Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın bədii kollektivlərinin çıxışları daxildir.
Həmçinin bu gün "Birlik Rəngləri" adlı Beynəlxalq İncəsənət sərgisinə baxış olacaq.
Qeyd edək ki, bu gün axşam şəhərdə "Laçın MDB-nin mədəniyyət paytaxtı – 2025”in açılışı mərasimi ilə əlaqədar atəşfəşanlıq keçiriləcək.