Məhkəmə Türkiyədə məşhurların meneceri kimi tanınan Ayşe Barımla bağlı qərar verib.
Kulis.az xəbər verir ki, İstanbul 26-cı Ağır Cəza Məhkəməsi Barımı Türkiyə hökumətini ləğv etməyə təşəbbüs maddəsi ilə 12 il 6 ay həbs cəzasına məhkum edib.
Məhkəmənin qərarına əsasən, Barım xarici ölkələrə çıxışına qadağa qoyulması şərti ilə azadlığa buraxılıb.
Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhurun adını təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım yanvarın 27-dən etibarən həbsdə idi.
O, 248 gün həbsdə qaldıqdan sonra məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.