"La casa de papel"in yeni mövsümü çəkiləcək

"La casa de papel"in  yeni mövsümü çəkiləcək
12 may 2026
# 10:24

Dünyanın ən populyar platformalarından olan "Netflix" milyonlarla tamaşaçının sevərək baxdığı "La casa de papel" franşizasının genişləndiriləcəyi ilə bağlı səs-küylü anons yayıb.

Kulis.az xəbər verir ki, platforma rəhbərliyi serialın hekayəsinin bitmədiyini və yenidən davam etdiriləcəyini rəsmən təsdiqləyib.

Ancaq tamaşaçıların maraqla gözlədiyi bu qayıdışın əsas serialın tamamilə yeni bir mövsümü, yoxsa tammetrajlı davam filmi şəklində olacağı barədə detallar hələlik sirr olaraq saxlanılır.

Diqqətçəkən bu anons layihənin xüsusi spin-offu olan və ikinci mövsümü mayın 15-də ekranlara çıxacaq "Berlin" serialının premyerası ərəfəsinə təsadüf edib. "Netflix" şirkəti məsələ ilə bağlı rəsmi hesabında etdiyi sirlərlə dolu paylaşımda sadəcə "“Kağız ev”in dünyası davam edir" qeydini yazmaqla kifayətlənib.

Xatırladaq ki, nümayiş olunduğu dövrdə qlobal fenomenə çevrilən və böyük müzakirələrə səbəb olan ekran işi nüfuzlu "Emmy" mükafatına da layiq görülərək adını televiziya tarixinə qızıl hərflərlə yazdırıb.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər