Kusturitsa baş rejissor təyin olundu

Kusturitsa baş rejissor təyin olundu
22 fevral 2022
# 04:36

Dünya şöhrətli serb kinorejissor Emir Kusturitsa Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının baş rejissoru olmağa razılıq verib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, o, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təklifini qəbul edib.

Rejissor bildirib ki, onun üçün bu təklifi qəbul etmək şərəfdir.

Teatrın baş rejissoru kimi gələcək planlarından danışan E.Kusturitsa " Həyat möcüzə kimi", "Durnalar uçur" və başqa filmlərinin süjetlərini teatr səhnəsinə gətirməyi düşünür.

# 1617 dəfə oxunub

Müəllifin son yazıları

# # #