#

UNESCO-ya müraciət ünvanladı

UNESCO-ya  müraciət ünvanladı
1 sentyabr 2023
# 19:00

Misir arxeoloqu Zaid Havass Britaniya muzeylərindəki artefaktların qaytarılması üçün UNESCO-ya müraciət ünvanlayıb.

Kulis.az arxeoloq müxtəlif vaxtlarda Misirdən təxminən 2 min artefaktın oğurlandığını bildirib və hazırda Britaniyanın muzeylərində olan qədim abidələrin, xüsusən məşhur “Rozetta daşı” yazılı kitabəsinin qaytarılmasını tələb edib. O, bu qədim əşyaların Misirdən çıxarılmasını və bir çoxunun şəxsi kolleksiyaçılara satılmasını dünya mədəni irsinə qarşı cinayət adlandırıb.

Qeyd edək ki, Havass 2022-ci ildə Britaniya muzeyindəki “Rozetta daşı” və Luvr muzeyindəki “Dendera bürcü”nün də daxil olduğu iki qədim artefaktın Misirə qaytarılmasını tələb edən petisiyaya başladıb. O, 2005-ci ildə Misirin Qədim Əsərlər üzrə Ali Şurasının baş katibi vəzifəsində işlədiyi müddətdə beş əsas Misir artefaktının geri qaytarılması üçün hökumətlərarası komissiyaya lobbiçilik edib.

# 816 dəfə oxunub

Müəllifin son yazıları

# # #