Əkrəm Əylisli Elçinə cavab verdi: “Biz bir-birimizi itirmişik”  

Əkrəm Əylisli Elçinə cavab verdi: “Biz bir-birimizi itirmişik”  
16 iyul 2021
# 14:01

Tanınmış yazıçı Əkrəm Əylisli Xalq yazıçısı Elçinə cavab verdi.

O, Kulis.azın sorğusuna əsasən həmkarına bunları söylədi:

“Elçin deyir, Əkrəm darıxır, mənə elə gəlir ki, Elçinin özü də darıxır, hətta Anar da darıxır. Ona görə ki, biz bir-birimizi itirmişik. Darıxmayan Çingiz Abdullayevlə Rəşad Məciddir. Çünki onlar heç nə itirməyib”.

Xatırladaq ki, Elçin APA-ya müsahibəsində Əkrəm Əylislinin təklənməsindən və bu faktın ona pis təsir etməsindən danışmışdı.

# 4369 dəfə oxunub

Müəllifin son yazıları

# # #