Almaniyada yaşayan azərbaycanlı rəssam vəfat etdi

Almaniyada yaşayan azərbaycanlı rəssam vəfat etdi
11 dekabr 2017
# 15:18

Dekabrın 9-da, Almaniyada yaşayan azərbaycanlı rəssam Gündüz Əlizadə vəfat edib.

Sosial şəbəkə hesabında dostlarının yazdığına görə, rəssam uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Gündüz Əlizadə “Kirpi” və “Gənclik” jurnalında, müxtəlif qəzetlərdə karikaturaları, vətənpərvərlik ruhunda kompozisiya, plakat, qrafik işləri ilə tanınırdı. Xeyli zamandır Almaniyanın Tier şəhərində yaşayan rəssamın Berlində “20 yanvar” hadisələrinə, vətənə həsr olunmuş sərgiləri nümayiş olunub.

# 1355 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #