İrlandiyanın qalmaqallı rep qrupu "Kneecap" beynəlxalq səviyyədə təzyiqlərə və digər festivallardan çıxarıldığına baxmayaraq, Fransada keçiriləcək nüfuzlu "Rock en Seine" festivalında səhnə alacaq.
Kulis.az xəbər verir ki, qrupun Fələstinə dəstək mövqeyi və siyasi açıqlamaları səbəbindən Almaniya və Macarıstandakı festivallar onları proqramdan çıxarmışdı.
Lakin festivalın təşkilatçıları "Kneecap"ın arxasında dayanaraq onların çıxışını ləğv etməyib.
Fransa hökuməti isə konsertin "ictimai asayişə təhdid" olub-olmayacağını yaxından izləyəcəyini bildirib.
Qeyd edək ki, qrup antisemitizm ittihamlarını rədd edərək, çıxışlarının İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı yönəldiyini vurğulayıb.