Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Gəncliyin sədası” adlı konsert proqramı təşkil olunub.
Kulis.az xəbər verir ki, konsertdə gənc ifaçılar İnci Həsənli (fortepiano), Surə Rüfət (violin), Cəlalə İsmayılzadənin (violonçel) ifasında tanınmış Azərbaycan, eləcə də Avropa bəstəkarlarının əsərləri səslənib.
Dövlət Uşaq Filarmoniyasının solistləri olan gənc ifaçıların ifa etdiyi əsərlərin hər biri virtuoz ifa bacarığı və dərin emosional duyğuları ifadəsini tələb edən mürəkkəb musiqi nümunələri idi. Yaşlarının gənc olmasına baxmayaraq iştirakçılar bu mürəkkəb əsərləri böyük peşəkarlıqla səsləndirərək tamaşaçıların rəğbətini qazandılar.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası istedadlı uşaqlara klassik musiqi dünyasında öz bacarıqlarını nümayiş etdirmək və inkişaf etdirmək üçün yeni imkanlar yaratmağa davam edir.