Tehranın “Lotus Cinema” kinoteatrında “Aslan dərisi” ("Pooste Shir") serialının final bölümünün nümayişi zamanı məşhur aktrisa Panteya Bəhramın hicabsız iştirakından sonra kinoteatrın direktoru vəzifəsindən uzaqlaşdırılıb.
Kulis.az APA -ya istinadən xəbər verir ki, bu barədə Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktor müavini Həbib İlbeigi bildirib.
O qeyd edib ki, "kinoteatrın direktoru cinayətkarı kinoteatrdan uzaqlaşdırmadığı üçün işdən çıxarılıb".
"Bu kinoteatrla bağlı qanun pozuntuları da araşdırılır və bu barədə də tezliklə qərar veriləcək”, - direktor müavini vurğulayıb.
Qeyd edək ki aktrisa daha əvvəl də “Instagram” səhifəsində hicabsız çəkilmiş videosunu paylaşmışdı.