Kitabxana bilik yarışması keçirdi

Kitabxana bilik yarışması keçirdi
7 iyul 2022
# 18:00

İyulun 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli filialı "Audiokitab"ın təşkilatçılığı ilə kitabxananın fəal oxucuları arasında bilik yarışması keçirib.

Kulis.az xəbər verir ki, yarışa gənclər və yeniyetmələrdən ibarət 4 komanda qatılıb. Qalib komandaya ölkədaxili tur hədiyyə edilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd gənclərin kitabxanalara cəlb olunmasına və onların kitaba olan maraqlarının artırılmasına, eləcə də intellektual bacarıqlarının formalaşmasına töhfə verməkdir.

# 1115 dəfə oxunub

Müəllifin son yazıları

# # #