Kitabları satış rekordu qıran yazıçı vəfat etdi

Cozef Delaney, fantastika yazıçısı

Cozef Delaney, fantastika yazıçısı

19 avqust 2022
# 14:00

Fantastika yazıçısı Cozef Delaney 77 yaşında vəfat edib.

Kulis.az “myseldon”a istinadən xəbər verir ki, yazıçı uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

O, karyerası ərzində 4 milyondan çox kitab satıb.

O, 1945-ci ildə İngiltərənin Lankaster ştatının Preston şəhərində anadan olub və Lankaster Universitetini bitirdikdən sonra kollecdə ingilis dili müəllimi kimi işə düzəlib. Onun rəhbərliyi ilə orada media və kinematoqrafiya fakültəsi təşkil olunub.

Həmin dövr Cozef Delaney elmi fantastika romanları yazmağa başlayıb, lakin onun yazdıqları oxucular tərəfindən elə də diqqət çəkməyib.

Sonra Delaney elmi fantastikadan uzaqlaşıb və yerli əfsanələrdən ilhamlanaraq xəyali hekayələr yazmağa başlayıb.

O, daha çox “Vitçerin şagirdi” romanı ilə məşhurluq qazanıb.

# 1498 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #