Keşikçidağda 3 min il yaşı olan kurqan aşkarlandı

Keşikçidağda 3 min il yaşı olan kurqan aşkarlandı
13 avqust 2024
# 09:26

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə arxeoloji qazıntıların birinci mərhələsi uğurla yekunlaşıb.

Kulis.az xəbər verir ki, Keşikçidağ ərazisində aparılan bu tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb edilməsi, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliği ilə əlaqədardır.

Qoruq ərazisində aparılan elmi tədqiqat və arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri bu ərazinin qədim sakinlərinin təsərrüfat həyatının, sosial-iqtisadi münasibətlər sisteminin, tayfa məskunlaşmasının və dini dünyagörüşünün bəzi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verib.

# 323 dəfə oxunub

Müəllifin son yazıları

# # #