Kulis.az Bəhmən Vətənoğlunun "Darıxdım" şeirini təqdim edir.
Axşam da qəribdi, mən də qəribəm,
Nələr ürəyimdən keçdi darıxdım.
Zalım ayrılığın kamil ovçusu,
Ox atdı sinəmi deşdi, darıxdım.
Nə kövrək saatdı, nə kövrək andı,
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir əlçim bulud boylandı,
Xəyal uzaqlara uçdu, darıxdım.
- Dünyanın o başına... - İvan Bunindən hekayə
- Tanınmış qadınlar futboldan nə danışdılar? - RƏYLƏR
- Kukla Teatrının noyabr repertuarı
Qoy yazım varağı, qalmasın ağı,
Kim çəkər həsrəti Bəhmənsayağı!
Çox da müqəddəsdir Gəncə torpağı,
Kəlbəcər yadıma düşdü, darıxdım.