"Avroviziya 2024" şərhçimiz o olacaq

"Avroviziya 2024"  şərhçimiz o olacaq
4 aprel 2024
# 15:30

"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın builki şərhçisinin kimliyi açıqlanıb.

Kulis.az xəbər verir ki, yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.

# 628 dəfə oxunub

Müəllifin son yazıları

# # #