IV Bakı Piano Festivalı keçiriləcək

IV Bakı Piano Festivalı keçiriləcək
5 iyun 2025
# 15:40

İyunun 14-dən 28-dək paytaxtda IV Bakı Piano Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festival çərçivəsində Avstriya, Braziliya, Gürcüstan, Hollandiya, Türkiyə, Fransa və digər ölkələrin tanınmış musiqiçiləri konsert verəcəklər.

2025-ci il Bakı Piano Festivalı çərçivəsində bədii tədbirlər, sərgilər, teatr tamaşası, ədəbi müsabiqə və cem seansları da nəzərdə tutulub.

Festivalın xüsusi qüruru gənc istedadların “We Are the Future” (“Biz Gələcəyik”) konsertidir.

Qeyd edək ki, festivalın direktoru, tanınmış caz pianoçusu və bəstəkarı, Azərbaycanın Əməkdar artisti Şahin Növrəslidir.

# 221 dəfə oxunub

Müəllifin son yazıları

# # #