İranlı şair Rza Keşvəri 5 il müddətinə azadlıqdan məhrum edilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, Kərəc İnqilab Məhkəməsi həmçinin şair Rza Keşvəri haqqında 2 il sürgün hökmü çıxarıb və ölkədən çıxışına 2 il qadağa qoyub.
Keşvərinin dostlarının dediyinə görə, o, ötən ay Kərəcin Qohərdəşt bölgəsində bir neçə yeniyetmənin həbsinə etiraz etdiyi üçün həbs edilib.