Iranda qadağan olunan film Türkiyədə nümayiş olunacaq

Iranda qadağan olunan film Türkiyədə nümayiş olunacaq
12 aprel 2023
# 11:30

Məşhur güneyli rejisssor Əsgər Yusifinəjadın Azərbaycan dilində çəkdiyi "Qolçaq" filmi Türkiyə kinoteatrlarında nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Təbrizin "Azərancümən" saytı məlumat yayıb.

Filmin prodüseri Cəlil Əkbəri mediaya verdiyi açıqlamasında filmin İran Fəcr Festivalına buraxılmadığını və bununla yaradıcı heyətinin ziyan çəkdiyini bildirib.

Azərbaycan dilində olan bədii filmin Türkiyədə tamaşası ilə yanaşı aprelin 18-də filmin rejissoru Əsgər Yusifinəjadın İstanbulda anım mərasimi keçiriləcək.

Qeyd edək ki, “Qolçaq” filmi Azərbaycan dilində çəkildiyinə görə, hər il İranda keçirilən Beynəlxalq Fəcr Film Festivalına buraxılmayıb.

# 1615 dəfə oxunub

Müəllifin son yazıları

# # #