Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran İslam Respublikası açılışına az vaxt qalan 61-ci Venesiya Biennalesindəki iştirakını dayandırdığını açıqlayıb.
"Euronews" xəbər verir ki, sərginin rəsmi internet saytında yayımlanan bəyanatda ölkənin "İn Minor Keys" adlı milli pavilyonla təmsil olunmayacağı bildirilsə də, qərarın rəsmi səbəbləri hələlik açıqlanmayıb.
Beynəlxalq ictimaiyyət bu addımı regionda davam edən hərbi və siyasi gərginliyin mədəniyyət sahəsinə təsiri kimi qiymətləndirir.
Builki biennale həmçinin kurator Koyo Kouohun vaxtsız vəfatı və müharibə şəraitində olan ölkələrin iştirakına etiraz olaraq münsiflər heyətinin kollektiv istefası ilə yadda qalıb.
Qeyd edək ki, yaranmış vəziyyətlə əlaqədar nüfuzlu "Qızıl Şir" mükafatının qalibləri bu il ilk dəfə xalq səsverməsi yolu ilə müəyyən ediləcək.