MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi
31 oktyabr 2026
# 15:00

Amerikalı reper Maklmorun Dublindəki konserti musiqi tədbirindən daha böyük məna daşıyıb.

Kulis.az xəbər verir ki, oktyabrın 26-da “3Arena”da keçirilən və Fələstin xalqına dəstək məqsədi daşıyan tədbirdə təxminən 13 min tamaşaçı iştirak edib.

Konsertdə əldə olunan gəlirin Fələstin xalqına yardım göstərən təşkilatlara yönəldiləcəyi bildirilib.

Gecənin qonaqları arasında Hozyer, “Kneecap” qrupu, irland musiqi kollektivi “Beoga”, fələstinli müğənni Lina Makhul və DJ Habibeats olub.

Aktyor Mark Ruffalo da tədbirə videomüraciət göndərərək dəstəyini ifadə edib.

Maklmor son illər Fələstinə dəstək mövqeyi və bu mövzuda səsləndirdiyi fikirlərlə beynəlxalq musiqi gündəmində tez-tez yer alır. Onun bu mövqeyi konsert fəaliyyətinə də təsir göstərib: reperin Fələstinlə bağlı açıqlamalarından sonra Ed Şiranın stadion turunun heyətindən çıxarıldığı barədə xəbərlər yayılmışdı.

Dublindəki gecə isə musiqinin ictimai mövqe bildirmək və yardım toplamaq üçün necə platformaya çevrilə bildiyini göstərdi.

# 137 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər