İngilis aktyor vəfat etdi

İngilis aktyor  vəfat etdi
7 oktyabr 2025
# 14:17

İngilis aktyor Con Vudvin 96 yaşında öz mənzilində dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, Vudvin karyerasına 1950-ci illərdə başlayıb. O, "Tac", "Doktor Kim", "Midsomer cinayətləri", "Londonda amerikalı canavar" kimi ekran işlərində rol alıb.

Sənətçinin karyerasına 200-dən çox ekran işi daxildir.

Qeyd edək ki, o, tanınmış aktrisa Lin Farli ilə evli olub və bir çox layihələrdə bərabər iştirak ediblər.

# 403 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər